AZ

AÇ-2027: Qonaqların böyük üstünlüyü

21 yaşınadək futbolçular arasında 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti turun oyunları keçirilib.

İdman.biz bildirir ki, B qrupunda yer alan Azərbaycan millisi Bolqarıstanı qəbul edib. Oyun bərabərliklə başa çatıb – 1:1.

Eyni qrupda yer alan Şotlandiya və Portuqaliya birincinin meydançasında üz-üzə gəliblər. Görüş qonaqların qələbəsi ilə sonuclanıb – 0:2.

Qrupun digər təmsilçisi Cəbəlüttariq isə Çexiyanı qəbul edib. Oyun 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

A qrupunda isə Kipr Finlandiyaya öz meydançasında böyük hesabla uduzub – 0:5. Kosovo da öz meydanşasında İspaniya ilə oyunda məğlubiyyətl üzləşib – 1:3. San Marino isə Rumıniya ilə oyunda meydançadan məğlub ayrılıb – 0:2.

C qrupunda Lüksemburq Farer adalarına məğlub olub – 0:1.

D qrupunda Slovakiya səfər oyununda Moldovadan üstün olub – 3:2. İrlandiya öz meydanşasında çətinliklə Andorraya qalib gəlib – 1:0.

E qrupunda Ermənistan Polşanı, Şimali Makedoniya İtaliyanı, Monteneqro isə İsveçi sınağa çəkib. Polşa millisi səfərdə Ermənistanı darmadağın edib - 4:0. Şimali Makedoniya öz meydançasında məğlub olub – 0:1. Monteneqro isə İsveçi məğlub edə bilib – 2:0.

F qrupunda Gürcüstan Şimali İrlandiya ilə bərabərə qalıb – 1:1. Bu qrupdakı Malta-Yunanıstan qarşılaşması meydan sahiblərinin darmadağını ilə qurtarıb – 0:5. Almaniya isə Litvanın qapısından 5 cavabsız top keçirib – 5:0.

G qrupunda Niderlandla İsrail, Norveçlə isə Sloveniya oynayıblar. Birinci görüşdə qapılara 4 qol vurulub – 2:2. İkinci görüşdə məhsuldar keçib. Norveç Sloveniyanın qapısında 5 cavabsız top keçirib – 5:0.

H qrupundakı Litva-Macarıstan və Türkiyə-Xorvatiya matçları eyni hesabla bitib – 1:1.

İdman.biz

Seçilən
36
1
idman.biz

2Mənbələr