AZ

Selena Qomez dərin dekolteli mini libasda poza verdi

Məşhur müğənni Selena Qomez "Allure" jurnalının yeni buraxılışının siması olub.

Publika.az xəbər verir ki, o, lentə alınmış fotolarını "Instagram"da paylaşıb.

Selena Qomez qırmızı rezin mini-don və dərin dekolteli obrazda poza verib. Saçları düzləşdirilib, ona qırmızı pomada ilə axşam makiyajı edilib. Görünüşünü iri ağ sırğalar tamamlayıb. Kadrlarda o, həmçinin boz şişkin mini-donda və qara bədənə oturan, büzməli geyimdə də görünüb.

Selena Qomez sekabrın 12-də musiqi prodüseri və müğənni Castin Biberin keçmiş dostu Benny Blanko ilə nişanlandığını açıqlayıb. Pop ulduz "Instagram"da sevgilisinin ona hədiyyə etdiyi üzüyün fotosunu paylaşıb. Zinət əşyası “markiz” kəsimində iri brilyantla bəzədilib. Daha sonra "Daily Mail" insayderə istinadla cütlüyün planlaşdırılan toy mərasiminin detalları barədə məlumat yayıb.

Seçilən
11
publika.az

1Mənbələr