AZ

Ronaldodan növbəti uğur

ain.az, Qol.az portalına istinadən məlumat verir.

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo yeni uğura imza atıb.

QOL.az xəbər verir ki, 40 yaşlı futbolçu bunu DÇ-2026-nınseçmə mərhələsi çərçivəsində Macarıstanla görüşdə fərqlənməklə bacarıb. O, mundualların seçmə mərhələlərindəki qollarının sayını 39-a çatdırıb.

Bununla da Ronaldo dünya çempionatlarının seçmə mərhələlərində ən çox qol vuran 2 oyunçudan biri olub. Forvard Qvatemala yığmasının keçmiş hücumçusu Karlos Ruizlə bərabər nəticə göstərib.

Qeyd edək ki, Ronaldo 2003-cü ildən Portuqaliya millisinin üzvüdür.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
52
2
qol.az

3Mənbələr