AZ

Əraqçi Misir prezidenti ilə görüşdü

ain.az bildirir, Unikal.az portalına istinadən.

Misir prezidenti Əbdülfəttah əs-Sisi İranın xarici işlər naziri Abbas Əraqçini qəbul edib.

"Unikal" xəbər verir ki,  İranın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətinin səfəri zamanı iqtisadiyyat, ticarət, turizm, regional təhlükəsizlik sahələrində əməkdaşlıq haqqında danışıqlar aparılıb. Əraqçi Misirə nüvə məsələsində İranı dəstəklədiyinə, eləcə də Tehranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə qarşılıqlı fəaliyyət metodologiyasının təsdiqlənməsinə səbəb olan birgə iclasın keçirilməsinə görə minnətdarlığını bildirib. Tərəflər Qəzza zolağındakı vəziyyəti və Qətərdə HƏMAS-a qarşı bugünkü  İsrail əməliyyatını da müzakirə ediblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
unikal.az

1Mənbələr