AZ

Bu qərarı mən yox, o verdi Tramp

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Qətərin paytaxtı Dohaya endirilən hava zərbəsi qərarı onun təşəbbüsü olmayıb, bunu İsrailin baş naziri Binyamin Netanyahu verib.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yayımladığı açıqlamada bildirib. Trampın sözlərinə görə:

“Bu qərarı mən yox, baş nazir Netanyahu verib”.

Bu açıqlama İsrailin Qətərdəki HƏMAS radikal hərəkatının rəhbərliyinə endirilən zərbə ilə bağlı beynəlxalq müzakirələr fonunda gəlib.

İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri İsrael Katz əvvəllər birgə bəyanatlarında Təl-Əvivdə baş verən atışmalardan sonra Qətərdəki HƏMAS liderlərinə zərbə endirmək qərarına gəldiklərini açıqlamışdılar.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
globalinfo.az

1Mənbələr