AZ

Hikmət Hacıyev ABŞ-də mühüm görüşlər keçirib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Konqresinin Nümayəndələr Palatasının (aşağı palata) Xarici Əlaqələr Komitəsinin sədri Brayan Mast və senator Stiv Dayns ilə görüşüb.
Oxu.Az bildirir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi "X" sosial şəbəkə hesabında məlumat verib.
Görüşlə bağlı edilən paylaşımda bildirilir ki, tərəflər Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında avqustun 8-də keçirilmiş Vaşinqton sammitinin strateji önəmini, habelə onun Azərbaycan-ABŞ münasibətləri və regionda sülh üçün müsbət nəticələrini vurğulayıblar.
Hikmət Hacıyev 907-ci maddənin ləğvinin vacibliyini qeyd edib və parlamentariləri Azərbaycana səfərə dəvət edib.
Seçilən
42
17
oxu.az

10Mənbələr