AZ

Səhər belə oyanırsınızsa dərhal həkimə gedin - Terapevtdən açıqlama

Gecə tərləmələri ağır xəstəliyin xəbərçisi ola bilər.

Milli.Az xəbər verir ki, bu barədə terapevt Syuzanna Uayli xəbərdarlıq edib.

Onun sözlərinə görə davamlı gecə tərləmələri bəzi təhlükəli xəstəliklərin ilkin əlaməti sayılır.

Həkim "Metro"ya açıqlamasında bildirib ki, davamlı gecə tərləməsi infeksiyalar, qalxanabənzər vəz xəstəlikləri, şəkərli diabet, daha nadir hallarda isə xərçəngin bəzi növləri, o cümlədən limfoma ilə bağlı ola bilər.

Bundan başqa, narahatlıq pozuntuları, yuxuda tənəffüsün dayanması (apnoe), eləcə də bəzi dərmanlar, xüsusilə antidepressantlar da bu problemin səbəbi ola bilər.

Tərapevt əlavə edib ki, qadınlarda tərləmə bəzən menopauzanın başlanğıc əlaməti kimi meydana çıxır. Bu, hormon dəyişikliklərinin bədənin temperatur tənzimləməsinə təsiri ilə bağlıdır.

Seçilən
15
7
musavat.com

8Mənbələr