Bakı. Trend:
400 ən varlı amerikalının ümumi sərvəti 6,6 trilyon dollaraçatıb və siyahıya hələ də İlon Mask başçılıq edir.
Trend xəbər verirki, bu barədə Forbes jurnalı məlumat yayıb.
2025-ci ildə reytinqə daxil olmaq üçün ən azı 3,8 milyarddollarlıq kapitala malik olmaq tələb olunur ki, bu da 2024-cüildəki minimum dəyərdən 500 milyon dollar çoxdur.
Siyahıya görə, 2025-ci ildə Maskın sərvəti 438 milyard dollartəşkil edib. İkinci yerdə Oracle texnoloji şirkətinin direktorlarşurasının sədri Larri Ellison (276 milyard dollar), üçüncü yerdəMeta korporasiyasının həmtəsisçisi Mark Zukerberq (253 milyarddollar), Amazon-un qurucusu Ceff Bezos isə 241 milyard dollarsərvətlə yer alıb.
ABŞ-ın hazırkı prezidenti Donald Tramp 7,3 milyard dollarsərvəti ilə 201-ci sıradadır.