AZ

Hindistanda kişi öz dəfnində dirildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Hindistanda kişi dəfn edilən zaman həyat əlamətləri göstərib və təcili olaraq xəstəxanaya yerləşdirilib.
Oxu.Az bu barədə NDTV nəşrinə istinadla xəbər verir.
Mənbənin sözlərinə görə, bir neçə gün əvvəl həmin şəxs bədbəxt hadisə nəticəsində ağır bədən xəsarətləri alıb və özəl klinikaya yerləşdirilib.
Həkimlər yaxınlarına onu xilas etməyin mümkün olmadığını bildiriblər, bundan sonra ailə dəfn mərasimini təşkil etməyə başlayıb. Lakin dəfn mərasimi zamanı kişi ayılıb və hərəkət etməyə başlayıb.
Hazırda kişi süni nəfəs aparatına qoşulub, vəziyyəti ağır, lakin stabildir.
Seçilən
58
13
oxu.az

10Mənbələr