AZ

Fransız həkim şan-şöhrət üçün xəstələrini qəsdən zəhərlədi

BAKI, 10 sentyabr. TELEQRAF

Fransada anestezioloq Frederik Peşenin məhkəmə prosesi başlayıb.

Teleqraf xəbər verir ki, o, böyüklər və uşaqlar da daxil olmaqla, 30 xəstəni qəsdən zəhərləməkdə ittiham olunur.

Fransanın Bezanson şəhərinin klinikalarının birində çalışan həkim infuziya paketləri ilə manipulyasiya etməkdə şübhəli bilinir. Onun kalium və ya lidokain əlavə etməklə süni ürəktutma yaratdığı, sonra isə həmkarlarına “bacarıqlarını” nümayiş etdirərək onun qarşısını aldığı bildirilir.

İşin üstü Sandra Simarın hadisəsindən sonra açılıb. Belə ki, 2017-ci ilin yanvarında əməliyyat zamanı onun ürəyi dayanıb, infuziya paketində isə normadan yüzlərlə dəfə çox kalium aşkar edilib. Peşe şəxsən müdaxilə edərək qadının həyatını xilas edib.

Zərərçəkənlər arasında tonzillektomiya zamanı iki ürək dayanması yaşayan 4 yaşlı Teddi və əməliyyat zamanı vəfat edən 89 yaşlı xəstə olub.

Prokurorlar iddia edirlər ki, Peşe münaqişə yaşadığı həmkarlarının nüfuzuna xələl gətirmək və özünü xilaskar kimi göstərmək üçün vəziyyətləri süni olaraq yaradıb. Hazırda 53 yaşında olan həkim məhkəmənin nəzarəti altındadır.

Məhkəmə prosesinin dekabrın sonunadək davam edəcək. Həkim təqsirli bilinərsə, onu ömürlük həbs cəzası gözləyir.

Frederik Peşe isə ittihamları rədd edir və hər şeyə həmkarlarının “səhvlərinin” səbəb olduğunu iddia edir.

Seçilən
24
teleqraf.com

1Mənbələr