AZ

Qitə çempionatında saxta sənədlərə görə 11 oyunçunu diskvalifikasiya ediblər

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

FIBA U16 Afrika Çempionatında 11 idmançını turnirdən kənarlaşdırılıb.

İdman.biz bildirir ki, araşdırma Mali, Liberiya və Qvineyadan olan iştirakçıların yaş həddini keçdiklərini göstərib.

Artıq Malinin gənclər komandası turnirdə yeddi, Liberiya isə səkkiz oyunçu ilə mübarizə aparacaq.

U16 Afrobasket, “FIBA Africa”nın patronaji altında keçirilir və 2025-ci il U17 Dünya Çempionatının seçmə mərhələsidir. U16 Afrobasket 2025-ci il sentyabrın 2-dən 14-dək Ruandanın Kiqali şəhərində keçirilir.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
icma.az

2Mənbələr