Rusiyada Petropavlovsk-Kamçatski yaxınlığında 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
Operativ Media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Təbii fəlakətin episentri Petropavlovsk-Kamçatski şəhərindən 196 km cənub-şərqdə, zəlzələnin ocağı 40 km-dən çox dərinlikdə yerləşib.
Rayon sakinləri yeraltı təkanları hiss etməyiblər. Sunami təhlükəsi elan olunmayıb.