AZ

Polşada hava limanları bağlandı, HHM sistemləri hazır vəziyyətə gətirildi

BAKI, 10 sentyabr. TELEQRAF

Polşanın Jeşuv-Yasyonka beynəlxalq hava limanı bağlanıb.

Teleqraf xəbər verir ki, aeroport rəhbərliyi hava limanının müvəqqəti bağlanmasını planlaşdırılmamış hərbi fəaliyyət ilə izah edib.

Daha sonra məhdudiyyətlərin Lyublin hava limanına da şamil edildiyi barədə məlumatlar yayılıb.

Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı bunun Rusiyanın Ukraynada fəallığı ilə izah edib. Bildirilib ki, səmada Polşanın və müttəfiq ölkələrin təyyarələri uçuş əməliyyatları həyata keçirir, hava hücumundan müdafiə qüvvələri və radiolokasiya sistemləri ən yüksək hazırlıq vəziyyətinə gətirilib. Bu tədbirlərin preventiv xarakter daşıdığı və vətəndaşların, xüsusilə təhlükə zonasına yaxın ərazilərdə yaşayanların müdafiəsinə yönəldiyi diqqətə çatdırılıb.

Seçilən
19
teleqraf.com

1Mənbələr