AZ

Macarıstanda nominal əməkhaqqı orta hesabla 9 faiz artacaq

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Budapeşt, 10 sentyabr, AZƏRTAC

Macarıstanda dinamik gəlir artımı davam edir. Ekspertlər 2025-ci ildə nominal əməkhaqqının orta hesabla 8-9 faiz, real gəlirlərin isə 3-4 faiz artacağını proqnozlaşdırırlar.

AZƏRTAC xəbər verir ki, bu gözləntilər cari ilin əvvəlindən minimum və zəmanətli minimum əməkhaqqının müvafiq olaraq 9 faiz və 7 faiz artmalarına əsaslanır. Bildirilib ki, 2026-cı ildə inflyasiyanın 3,3 faiz səviyyəsində olacağı gözlənilir.

Equilibrium İnstitutunun proqnozuna görə, özəl sektorda orta əməkhaqqının real artımı 2025-ci ildə təxminən 4,3 faiz, 2026-cı ildə isə 3 faiz təşkil edəcək. Bu, gəlir artımının yavaşladığını, lakin dayanmadığını təsdiqləyir.

Sənaye, xüsusən də avtomobil, maşınqayırma və qida sənayesi üçün bu, ixtisaslı kadrların saxlanması və cəlb edilməsi üçün əməkhaqqını artırmaq deməkdir. Eyni zamanda, məhsuldarlığı üstələyən əməkhaqqı artımının biznes xərclərinə təsir göstərməsi riski qalır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
2
azertag.az

3Mənbələr