AZ

Pentaqon ABŞ ordusunun Avropadakı döyüş hazırlığı üçün ayırdığı vəsaiti azaldacaq

ABŞ Müdafiə Nazirliyi 2026-cı ildə ordunun Avropadakı döyüş hazırlığına ayrılan maliyyəni 2023-cü illə müqayisədə təxminən 15 dəfə azaldacaq.

 

Bu məsələ nazirliyin büdcə sənədlərində öz əksini tapıb.

 

Burada söhbət ABŞ-ın qabaqcadan yerləşdirilmiş anbarlarını təmin edən “Army Prepositioned Stocks-2 (APS-2) proqramının Avropa seqmentindən gedir. Onun xərcləri ardıcıl dördüncü ildir ki, azaldılır.

 

Bu xərclər 2023-cü ildə təxminən 495 milyon dollar təşkil edib. 2024-cü ildə azaldılaraq 251,7 milyon olub, 2025-ci ildə yenidən azaldılaraq 116,9 milyon olub. Gələn il isə həmin büdcənin azaldılaraq 33,4 milyon olması nəzərdə tutulur.

 

APA

Tarix: 10 Sentyabr 2025, 07:43   
Seçilən
21
3
pravda.az

4Mənbələr