AZ

Tokio Rusiyadakı bütün “Yapon Mərkəzləri”ni bağlayır

Rəsmi Tokio qərarı Moskva ilə münasibətlərdəki gərginlik və daxili vəziyyətlə izah edib...

Poliqon xəbər verir ki, Yaponiyanın hökuməti Rusiyada fəaliyyət göstərən altı “Yapon Mərkəzi”nin hamısını bağlamaq qərarına gəlib. Bu barədə jurnalistlərə açıqlamasında ölkənin Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayasi məlumat verib. Hayasi addımın səbəbləri kimi hazırkı Rusiya-Yaponiya münasibətlərinin vəziyyətini və “Rusiya daxilindəki situasiyanı” göstərib.

Yaponiyanın TBS telekanalının məlumatına görə, Tokio artıq Moskvanı bu qərar barədə rəsmi şəkildə məlumatlandırıb və mərkəzlərin əməkdaşlarının təhlükəsizliyinin təmin olunması üçün yardım göstərilməsini istəyib.

“Yapon Mərkəzi” Rusiyada qeyri-kommersiya əsaslı muxtar təşkilat kimi fəaliyyət göstərir, əsasən yerli müəssisə rəhbərlərinin və biznes nümayəndələrinin təlimi ilə məşğul olurdu. Burada müxtəlif mövzularda mühazirələr və seminarlar keçirilirdi. Ən yaxşı nəticə göstərən iştirakçılar isə Yaponiyada staj keçmək imkanı əldə edirdilər.

Poliqon.info

Seçilən
38
poliqon.info

1Mənbələr