AZ

CHP li bələdiyyə sədr əvəzi partiyadan istefa verdi: Tək qaldım...

ain.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İstanbulun  Beykoz Bələdiyyə sədrinin həbsindən sonra sədr vəzifəsini icra edən sədr müavini, CHP-li Özlem Vural Gürzel Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, 10 mart 2025-ci il tarixindən Beykoz Bələdiyyə sədrinin səlahiyyətlərini icra etdiyini və bu müddətdə həbs olunan bələdiyyə sədri və ətrafının haqsız tələblərinə boyun əymədiyi üçün CHP-li Məclis üzvləri tərəfindən təzyiq və təhqirlərlə üzləşdiyini iddia edib: 

"Həqiqət, ədalət və ictimai maraqların aliliyi prinsiplərini mənimsəyən bir siyasətçi olaraq, həm bu vəzifəni icra edərkən, həm də işlədiyim müddətdə yeganə prioritetim Beykoz Bələdiyyəsində bütün iş və əməliyyatların anunlar çərçivəsində həyata keçirilməsini təmin etmək olmuşdur. Burada yalnız bir neçə nəfərin deyil, bütün beykozluların xeyrinə olan vicdanım açıqdır. Mənə qarşı edilən böhtanlar, psixoloji təzyiqlər artıq tolerantlıq həddini aşıb. Mən bu barədə partiya rəhbərlərinə danışsam da, müdafiə olunmadım. Əksinə, məni ortada tək buraxdılar. Buna baxmayaraq, istərdim ki, AK Partiya və MHP-li Məclis üzvləri, ən əsası, beykozluluların yaxından dəstəyini gördüm..".

Sədr əvəzi açqlamasını belə şərtlər altında CHP üzvü qalmasının mümkünsüzlüyü ilə yekunlaşdırıb: "Bu cür dözülməz mühitdə CHP çətiri altında Beykoz xalqına faydalı xidmətlər göstərə bilməyəcəyimə əmin olduğumdan partiyadan istefa verirəm...."

Firudin Səfərli

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
1
mia.az

2Mənbələr