Demokrat.az xəbər verir ki, Fransa Hesablama Məhkəməsinin (Cour des Comptes) hesabatına görə, sarayın 2024-cü ildə ümumi xərcləri 123,3 milyon avro olub.
Ötən il 125 milyon avro olan bu rəqəm qismən azalsa da, büdcə 8,3 milyon avro kəsirdə qalıb.
Xərclərin 2017-ci illə müqayisədə 23 milyon avrodan çox artdığı vurğulanıb.
İctimai qınaq doğuran nümunələr arasında 2023-cü ildə Kral Çarlz və Kraliça Kamilla üçün təşkil edilən təmtəraqlı qəbul olub. Bildirilib ki, yarım milyon avroya başa gələn qəbulda təkcə şəraba 40 min avro xərclənib.
