Polşa polisi vurulmuş pilotsuz uçuş aparatının aşkar edildiyini bildirib...
Poliqon RİA "Novosti" nəşrinə istinadən xəbər verir ki, bu barədə Lyublin voyevodalığı polisinin açıqlamasında bildirilir.
Qeyd olunur ki, bu, saat 6:40-da (Bakı vaxtı ilə 6:40) Çosnovka şəhərində baş verib. Polis pilotsuz uçan aparatın tapılması ilə bağlı aidiyyatı orqanlara məlumat verib.
Polşanın baş naziri Donald Tusk sentyabrın 10-na keçən gecə ölkənin hava məkanının pozulduğunu bildirib.Polşa KİV-i Varşava da daxil olmaqla dörd hava limanının dövlət təhlükəsizliyinin təmin edilməsi ilə bağlı planlaşdırılmamış hərbi fəaliyyətlə əlaqədar fəaliyyətini müvəqqəti dayandırdığını bildirib.
Poliqon.info