AZ

Səmərqənddə “Azərbaycan və Özbəkistanın mədəni irsi” forumunun ikinci günü keçirildi - FOTOLAR

Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilən “Azərbaycan və Özbəkistanın mədəni irsi” layihəsi çərçivəsində beynəlxalq forumun ikinci günü Səmərqənddə – Beynəlxalq Turizm Mərkəzində baş tutdu.

QHT.az xəbər verir ki, Beynəlxalq xalq sənətkarlığı sərgisinin möhtəşəm açılışı oldu.Açılışda Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye İctimai Birliyinin sədri Aytən Həsənova və Özbəkistan Qadın və Qızlar Assosiasiyasının sədri Nəsibə Miradilova öz dəyərli fikirlərini sərgi iştirakçıları ilə bölüşdülər.Sərgidə Səmərqənd rayonu Qadınlar və Qızlar komitəsinin rəhbəri  Baratova Mədinə,daha sonra Səmərqənd Sənətkarlar Assosiasiyasının rəhbəri Ümid Hakimov,Səmərqənd Milli Assosiasiyasının rəhbəri Şoin Kencayev öz çıxışlarını etdilər.

Daha sonra isə Azərbaycan və Özbəkistan dizaynerlərinin hazırladığı milli geyimlər xüsusi nümayişdə təqdim olundu. Geyimlərlə yanaşı, hər iki xalqın zəngin ənənələrini əks etdirən zərgərlik nümunələri və incə naxışlarla toxunmuş xalçalar da sərgiləndi. Tədbir çərçivəsində ustad sənətkarların iştirakı ilə master-klasslar keçirildi, iştirakçılar milli sənətkarlığın sirlərinə yaxından bələd olmaq imkanı qazandılar. Bu fəaliyyətlər həm qədim ənənələrin yaşadılmasına, həm də müasir dövrdə yeni nəfəs qazanmasına şərait yaratdı.

Seçilən
7
4
qht.az

5Mənbələr