Polşa Baş naziri Donald Tusk Rusiya Pilotsuz uçuş aparatlarının (PUA) ölkənin hava məkanını pozması səbəbindən hökumət üzvlərini təcili iclasa çağırıb.
Axar.az xəbər verir ki, bu barədə hökumətin sözçüsü Adam Şlapka X sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Baş nazir Donald Tusk dövlət təhlükəsizliyi məsələləri üzrə məsul nazirlərlə görüş keçirir", - mətbuat katibi qeyd edib.