AZ

Biləcəridə qəza baş verən küçədə işləməyən işıqfor sürücülərə əlavə çətinlik yaradır

ain.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində qəza baş verən ərazidə yerləşən işıqfor 3 gündür ki, işləmir.

BAKU.WS-in "qaynar xətt"inə müraciət edən sakinlərin sözlərinə görə, bu səbəbdən səhər və axşam saatlarında küçədə ciddi problemlər, tıxac və təhlükəli vəziyyət yaranır:

"Səhər-axşam vəziyyət dəhşətli olur", - şikayətçi bildirir.

Məlumata görə, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi işıqforun bərpası üçün müəyyən işlərin aparıldığını bildirib və qurğunun hələ bir neçə gün işləməyəcəyini açıqlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
baku.ws

2Mənbələr