Türkiyə və Misir İsrailin Qətərin paytaxtı Dohada HƏMAS liderlərinə hücumundan bir neçə həftə əvvəl hərəkatın siyasi rəhbərliyinə təhlükəsizliyini gücləndirmək barədə xəbərdarlıq edib.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” İsrail, ABŞ, Qətər və digər ərəb ölkələrinin rəsmilərinə istinadla məlumat yayıb.
Məlumata görə, Dohada HƏMAS-ın siyasi rəhbərliyinin Qəzza ilə bağlı son atəşkəs təklifini müzakirə etmək üçün toplaşdığı binaya uzaqmənzilli sursatlardan atəş açmaq üçün 10 reaktiv təyyarədən istifadə olunub.
“Broadsheet” bildirib ki, təyyarələr raketləri Qətərin hava məkanından kənarda atıb. Bu zaman Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin hava məkanının pozulmadığı qeyd edilib.
İsrail Müdafiə Qüvvələri hücum zamanı HƏMAS-ın rəhbər şəxslərinin öldürüldüyünü açıqlayıb.