AZ

Tanınmış jurnalistin bacısı ölüm ayağında 38 yaşlı anaya dəstək olaq

Azxeber.com saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Jurnalist Samir Namiqoğlunun bacısı Cəbiyeva Vüsalə Namiq qızı, artıq 11 aydır ki, T-hüceyrəli limfomanın aqressiv forması ilə mübarizə aparır. Vüsalənin yaşaması üçün təcili sümük iliyi köçürülməsi zəruridir.

Bu əməliyyat yalnız Türkiyədə həyata keçirilə bilər və xərcin ümumi məbləği 200.000 AZN (iki yüz min manat) təşkil edir.

Bu vaxta qədər müalicə xərclərini qardaşı Samir Namiqoğlu öz hesabına qarşılayıb. Lakin qarşıda duran əməliyyat və reabilitasiya mərhələsi ailənin imkanlarını aşır. Bu səbəbdən Vüsalənin həyatını xilas etmək üçün yardım kampaniyasına start verilib.

Hazırda tanınmış jurnalistlər, blogerlər və ictimai fəallar bu kampaniyaya qoşularaq sosial şəbəkələrdə geniş dəstək nümayiş etdirirlər. Onlar hər kəsi 38 yaşlı ananı 2 övladına bağışlamaq üçün bu mübarizədə birlik olmağa çağırırlar.

 Dəstək üçün məlumatlar:

Kapital Bank: 4169 7388 9529 7723

Rusiya Bank Kartı: 2200 7020 2194 4991

Əlaqə: Vüsalə Cəbiyeva +99450 352 93 54

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
4
azxeber.com

6Mənbələr