AZ

Zaur Mikayılov: "Milli su strategiyası hazırlanıb və uğurla icra olunur"

"Keçən il uğurla keçirilən ilk Bakı-Su Həftəsi bu mötəbər platformanın nə qədər zəruri və əhəmiyyətli olduğunu göstərdi".
 
Moderator.az xəbər verir ki, bunu 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib.
 
O bildirib ki, artıq ənənəyə çevrilməkdə olan bu tədbir su ehtiyatlarının idarə olunması, qorunması və gələcək nəsillərə ötürülməsi məsələlərində mühüm müzakirələr aparmaq imkanı yaradır.
 
Zaur Mikayılovun sözlərinə görə, Azərbaycan dövləti üçün su ehtiyatlarının davamlı idarə edilməsi strateji əhəmiyyət daşıyır:
 
"Son illərdə ölkəmizdə bu sahədə geniş islahatlar həyata keçirilir, milli su strategiyası hazırlanıb və uğurla icra olunur. Məqsədimiz həm su təhlükəsizliyini təmin etmək, həm də təmiz suya çıxışı hər kəs üçün əlçatan etməkdir.
 
Əminəm ki, bu həftə ərzində keçiriləcək panel müzakirələr, təqdimatlar və fikir mübadilələri milli su strategiyamızın hədəflərinə çatmaqda mühüm rol oynayacaq, yeni ideyaların formalaşmasına və beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə böyük töhfə verəcək".
Seçilən
4
6
moderator.az

8Mənbələr