AZ

Vilayət Eyvazov Ansaqan Baltabekovu qəvul edib

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov, ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası daxili işlər nazirinin müavini – Milli Qvardiyanın Baş Komandanı, general-mayor Ansaqan Baltabekovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

XəzərNews.az DİN-ə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında əməkdaşlığın dövlət başçılarının müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq dərinləşdiyi, xüsusilə də transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə, qabaqcıl təcrübə və operativ informasiya mübadiləsi sahələrində mühüm addımlar atıldığı vurğulanıb.

Qonaqlar səmimi qarşılanmaya görə təşəkkür edib, qarşılıqlı əlaqələrin bundan sonra da genişlənəcəyini bildiriblər.

Səfər çərçivəsində nümayəndə heyəti Daxili Qoşunlar və polis orqanlarının fəaliyyəti ilə tanış olub.

Xəbər 1 dəfə oxunub.
Seçilən
47
xezernews.az

1Mənbələr