AZ

Çinli avtomobil nəhəngi GAC, 2027-yə qədər Avropada satışlarını 17 dəfə artırmağı hədəfləyir

Çinin dövlətə məxsus Guangzhou Automobile Group (GAC) şirkəti qarşıdakı iki il ərzində Avropada elektrikli avtomobil satışlarını 17 dəfə artırmağı planlaşdırır.

Marja xəbər verir ki, GAC bu addım ilə regionun ənənəvi istehsalçıları ilə rəqabətdə güclü mövqelər qazanmağı hədəfləyir.

Hazırda BYD və Xpeng kimi digər Çin şirkətlərinin də Avropa bazarına marağının artması fonunda GAC-ın gəlişi BMW və Mercedes kimi Avropa nəhənglərinə əlavə təzyiq yarada bilər.

GAC International-ın prezidenti Vey Haiganq CNBC-yə açıqlamasında bildirib ki, “Avropa bizim beş əsas bazarımızdan biridir. Biz Avropanın gələcəkdə xarici bazarlarımızın əsas hissəsini təşkil etməsini istəyirik”.

Şirkət bu il Avropada təxminən 3 000 avtomobil satmağı, 2026-cı ildə hədəfi 15 000 vahidə, 2027-ci ildə isə ən azı 50 000 avtomobilə çatdırmağı planlaşdırır.

Münhendə keçirilən IAA Mobility avtosərgisində GAC tam elektrikli Aion V və Aion UT modellərini təqdim edib. Şirkət, həmçinin, yaxın gələcəkdə Avropada hibrid avtomobil satışına da başlamayı nəzərdən keçirir.

Çin istehsalçılarının Avropa bazarına sürətli daxil olması diqqət çəkir: Jato Dynamics-in məlumatına görə, 2024-cü ilin ilk yarısında Avropada Çin avtomobil markalarının bazar payı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə artaraq 5 %-i keçib.

Avropa İttifaqının Çin istehsalı elektrikli avtomobillərə tətbiq etdiyi rüsumlara baxmayaraq, GAC yerli istehsal imkanlarını araşdırır.

Vey Haiganq əlavə edib: “Ümid edirik ki, Çin hökuməti ilə Avropa İttifaqı arasında danışıqlar nəticəsində tariflər aşağı salınacaq. Gələcəkdə Avropada istehsal gücümüzü qurmaqla bazara daha effektiv xidmət göstərməyi planlaşdırırıq.”

GAC Guangzhou Automobile Group Çin avtomobil istehsalçıları elektrikli avtomobillər Avropa avtomobil bazarı Aion V Aion UT hibrid avtomobillər IAA Mobility Münhen avtosərgisi Avropa İttifaqı tariflər yerli istehsal avtomobil sənayesi BMW Mercedes BYD Xpeng Çin avtomobil markaları bazar payı Avropa satışları
Seçilən
17
1
marja.az

2Mənbələr