AZ

Erlinq Haaland 21-ci əsrin dünya futbol rekorduna imza atıb

Norveç milli komandasının hücumçusu Erlinq Haaland, 2026-cı il dünya çempionatının Avropa təsnifat mərhələsinin 6-cı turunda Moldova ilə keçirilən oyunda (11:1) penta-trik edərək tarixə düşüb.

90deqiqe.Az-ın məlumatına görə, o, bu dövr ərzində dünya çempionatının təsnifat oyunlarında 5 qol vuran ilk oyunçu olub. Bu, 1977-ci ildən bəri ilk belə hadisədir. O dövrdə Avstriya yığmasından olan Hans Krankl, Malta ilə matçda 5 qol vurmuşdu.

Bu nəticə ilə Norveç milli komandası 15 xalla Avropa təsnifat qrupunun I qrupunda liderliyini qoruyur. Növbəti təsnifat oyunu 11 oktyabrda Norveçin ev sahibliyi edəcəyi İsrail ilə keçiriləcək.

Seçilən
35
90deqiqe.az

1Mənbələr