AZ

Fransada etirazlar Telegram üzərindən koordinasiya olunur — Pavel Durov

Bu gün Fransada baş tutacaq etiraz aksiyalarının Telegram vasitəsilə təşkil edildiyi bildirilir. 

Olaylar.az xəbər verir ki, bu barədə sosial şəbəkə platformasının qurucusu Pavel Durov açıqlama verib.

"Fransada Makronun iflasa uğramış siyasətinə qarşı etirazların əsas vasitəsi olduğuna görə Telegram ilə qürur duyuram. Səkkiz illik unutqanlıqdan sonra insanlar boş piar və nümayişkarlıqdan yorulub - indi isə cavab zərbəsini endirirlər", - Durov qeyd edib.

Xatırladaq ki, hazırda Fransada hökumət dəyişikliyi prosesi gedir. Sosial xərclərin azaldılması ilə bağlı təkliflərdən sonra Baş nazir Fransua Bayru istefa verib. Prezident Emmanuel Makron onun yerinə müdafiə naziri Sebastyan Lekornunu irəli sürüb, lakin hələ parlament tərəfindən təsdiqlənməyib.

Eyni zamanda sosial siyasətin pisləşməsi səbəbindən 10 sentyabr üçün ölkə üzrə kütləvi etiraz aksiyaları planlaşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
61
1
olaylar.az

2Mənbələr