AZ

Özbəkistan İsrailə etiraz etdi

BAKI, 10 sentyabr. TELEQRAF

Özbəkistan Xarici İşlər Nazirliyi İsrailin Qətərin paytaxtı Dohaya hücumu ilə bağlı bəyanat yayıb.

Teleqraf xəbər verir ki, rəsmi Daşkənd İsrailin hərəkətlərini Qətər dövlətinin suverenliyinin pozulması, dövlət sərhədlərinin toxunulmazlığı və təhlükəsizliyinə təhdid kimi qiymətləndirib.

“Bu cür hücumlar qətiyyən yolverilməzdir və BMT Nizamnaməsinə, beynəlxalq hüququn fundamental norma və prinsiplərinə ciddi etinasızlıq kimi qiymətləndirilir.

Özbəkistan beynəlxalq münasibətlərdə gücdən istifadənin istənilən formasına və Yaxın Şərqdə onsuz da mürəkkəb olan vəziyyəti daha da gərginləşdirəcək hərəkətlərə qarşı olduğunu qəti şəkildə vurğulayır”, - bəyanatda qeyd edilib.

Seçilən
39
teleqraf.com

1Mənbələr