AZ

Belçika: Rusiya aktivlərinin müsadirəsi gündəmdə deyil – ÖZƏL

Belçikanın xarici işlər naziri Maksim Prevo bəyan edib ki, Avropa İttifaqının təzyiqlərinə baxmayaraq, ölkəsi Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsini nəzərdən keçirmir. 

Olaylar.az xəbər verir ki, onun sözlərini Financial Times qəzetinə müsahibəsində səsləndirdiyi fikirlərə istinadən RİA Novosti yayıb.

"Bizim üçün müsadirə variant deyil... başa düşürük ki, hər gün təzyiq artır", - deyə Prevo bildirib.

Nazirin sözlərinə görə, belə addımın hüquqi əsası yoxdur, həmçinin avroya inamı sarsıda, Avropanın maliyyə bazarlarına zərbə vura bilər. Bundan əlavə, bu qərar öz suveren aktivlərini Aİ-də saxlayan dövlətlərdə narahatlıq doğura bilər.

Qeyd edək ki, Ukraynada müharibənin başlanmasından sonra Aİ və G7 ölkələri Rusiyanın təqribən 300 milyard avro həcmində valyuta ehtiyatını dondurub. Onların 200 milyarddan çoxu Aİ-də, əsasən də Belçikanın Euroclear maliyyə sistemində yerləşir. 2025-ci ilin yanvar-iyul aylarında Aİ bu aktivlərdən əldə olunan gəlirdən Ukraynaya 10 milyard avrodan artıq vəsait köçürüb.

Moskva isə cavab olaraq Qərb investorlarının Rusiyadakı aktivlərinə çıxışını məhdudlaşdırıb, aktivlərin dondurulmasını "oğurluq" adlandıraraq simmetrik tədbirlər görüləcəyi barədə xəbərdarlıq edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
63
olaylar.az

1Mənbələr