AZ

BMT Baş Assambleyasının 80-ci sessiyası başladı

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 80-ci yubiley sessiyası öz işinə başlayıb.

Teleqraf xəbər verir ki, sessiyanı Almaniyanın sabiq xarici işlər naziri və Assambleya sədri Annalena Berbok açıb.

O, çıxışında vəzifələrini qərəzsiz şəkildə yerinə yetirəcəyini bildirib.

Sessiyanın əsas mövzularından biri BMT baş katibi seçkiləri olacaq. Hazırkı Baş katib Antonio Quterreşin səlahiyyət müddəti 2026-cı ilin sonunda bitir.

Qeyd edək ki, sentyabrın 23-dən 27-dək yüksək səviyyəli həftə keçiriləcək, sentyabrın 29-da isə ümumi siyasi müzakirələr aparılacaq. Bu iclaslarda 195 ölkənin nümayəndələrinin çıxışı gözlənilir.
Seçilən
46
1
sherg.az

2Mənbələr