AZ

Nikaraqua: İsrailin Dohaya zərbələri terror hücumudur

ain.az, Dogru.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nikaraqua hökuməti İsrail ordusunun Dohadakı hədəflərə endirdiyi zərbələri kəskin şəkildə pisləyib.

Doğru.az xəbər verir ki, hökumətin yaydığı kommünikedə bu hücumların beynəlxalq hüququ və Qətərin suverenliyini pozduğu vurğulanıb.

“El 19 Digital” nəşrinin yayımladığı bəyanatda qeyd olunur:

“Nikaraqua hökuməti yalnız terrorçu kimi qiymətləndirilə bilən xəyanətkar hücumu qəti şəkildə rədd edir və pisləyir”.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Vaşinqtonun İsrailin Qətərə endirdiyi zərbələrdən “xoşbəxt olmadığını” bəyan etmişdi.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
1
dogru.az

2Mənbələr