8-11 sentyabr tarixlərində Almaniyanın dənizçilik şirkətlərinin 16 nümayəndəsindən ibarət heyətin Azərbaycana səfəri təşkil olunub.
Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK-Azərbaycan) məlumatına görə, nümayəndə heyətinə ölkənin iqtisadi mənzərəsi haqqında ətraflı təqdimatlar keçirilib. Səfər çərçivəsində şirkət nümayəndələri müxtəlif görüşlərdə iştirak edəcək, aparıcı qurumlara baş çəkəcək və məqsədyönlü B2B və B2G görüşlər keçirəcəklər.
“Azərbaycanın gəmiqayırma sənayesi yaşıl texnologiyalar, rəqəmsallaşdırma, avtomatlaşdırma və dəniz həlləri sahəsində əməkdaşlıq üçün böyük potensiala malikdir. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasının və strateji Orta Dəhlizinin genişləndirilməsi ilə Almaniyanın dəniz şirkətləri üçün yeni imkanlar açılır”, - məlumatda bildirilir.