AZ

Kreml Vaşinqton razılaşmasına əngəl törətməyə çalışacaq

"Rusiya yenidən "3+3" formatından danışır. Bu formatın müəllifləri Azərbaycan və Türkiyədir".

Bunu politoloq Oqtay Qasımov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Ekspert bildirib ki, Bakı bu formatı irəli sürməklə bölgədə destruktiv rol oynayan qonşularımız - Rusiya və İranı prosesə qatmaqla vahid mövqe formalaşdırmaq və bölgənin problemləri region dövlətlərinin iştirakı ilə həll etmək təklifini verirdi:

"Qarşılığında başqa yanaşmalar gördük. İran Qarabağdakı separatçılara yardımları kəsmədi, hətta "tikinti işçiləri" adı altında öz kəşfiyyatçı-təlimatçılarını da göndərdi. Rusiya da öz hərbi kontingenti vasitəsi ilə separatçı tör-töküntüləri himayə etdi, silahlandırdı, təlimlər keçdi. Ermənistanda istehsal olunmuş minaların Qarabağa gətirilməsinə və basdırılmasına şərait yaratdı. Rusiya və İranın pozucu hərəkətləri "3+3" formatının işlək olmasına imkan vermədi”.

Müsahibimiz bildirib ki, məhz bundan sonra Azərbaycan münaqişənin həllini ikitərəfli formata keçirdi və Ermənistan hökuməti də bunu qəbul etdi. Nəticədə proses irəlilədi.

Oqtay Qasımov: Rusiyanın Vaşinqton razılaşmasından narahatlığı açıq-aşkar görünür

Lavrov onu iddia edir ki, guya Vaşinqton görüşündə razılaşdırılmamış məqamlar qalmaqdadır. O.Qasımov vurğulayıb ki, bu da yanlışdır:

“Həll olunmamış sadəcə bir məsələ qalır. O da Ermənistan Konstitusiyasında nəzərdə tutulan dəyişikliklərdir. Rusiyanın Vaşinqton razılaşmasından narahatlığı açıq-aşkar görünür”.

“Rusiya Amerika ilə qarşı-qarşıya gəlmək istəmədiyi üçün Ermənistan daxilindəki əlaltıları vasitəsi ilə prosesə əngəl törətməyə çalışır və çalışacaq", - deyə Oqtay Qasımov əlavə edib.

Aydın Baxış

Seçilən
5
1
bakivaxti.az

2Mənbələr