AZ

Polşanın hava məkanında dronlar vurulub, Baş nazir hökumətin təcili iclasını çağırıb  

Polşa Ordu Komandanlığı ölkənin hava məkanına daxil olan və Rusiyaya məxsus olduğu ehtimal edilən bir neçə pilotsuz uçuş aparatının (PUA) hərbi hava qüvvələri (HHQ) tərəfindən vurulduğunu açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Komandanlıq Rusiyanın Ukraynaya hücumu ilə əlaqədar ölkənin hava məkanını pozan dronların vurulması barədə ilk dəfədir məlumat yayıb. Məlumatda bir neçə dronun vurulması qeyd olunsa da, dəqiq say göstərilməyib. “Bu, əhalinin təhlükəsizliyi üçün real təhdid yaradan təcavüz aktıdır”, - deyə Polşa Silahlı Qüvvələri Baş Komandanlığının X şəbəkəsində yaydığı açıqlamada bildirilib.

Polşanın Baş naziri Donald Tusk da X səhifəsində paylaşım edərək ordu rəhbərliyi, müdafiə naziri və prezidentlə daim əlaqə saxladığını bildirib. Baş nazir məsələ ilə əlaqədar hökumətin fövqəladə iclasını çağırıb.

NATO rəhbərliyi də hadisə barədə məlumatlandırılıb. Vurulmuş dronların ilk qalıqları Polşanın şərqindəki Çosnovka kəndində tapılıb. Əhaliyə dron qalıqlarına yaxınlaşmamaq və aşkarlandığı təqdirdə polisə məlumat vermək barədə müraciət edilib.

Vəziyyətlə əlaqədar Polşada dörd hava limanı, o cümlədən Varşava aeroportu müvəqqəti bağlanıb. Ordunun fəaliyyətləri ilə əlaqədar Polşanın hava məkanının bir hissəsi də bağlanıb və hazırda heç bir uçuş və eniş həyata keçirilmir.

Seçilən
27
1
azerbaijan-news.az

2Mənbələr