AZ

Azərbaycan Ordusunda praktiki məşğələlər icra olunub  

Bu ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunda praktiki məşğələlər keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a verilən məlumata görə, daimi dislokasiya məntəqələrini tərk edərək cəmləşmə rayonlarına çıxarılan bölmələr qarşıya qoyulmuş tapşırıqları normativlərə uyğun yerinə yetiriblər.

Keçirilən məşğələlərdə əsas diqqət qoşunların döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması, bölmələrin dayanıqlı, fasiləsiz və operativ idarəedilməsinin təmin olunmasına yönəldilib.

Hərbi qulluqçular praktiki məşğələlərin icrası zamanı yüksək peşəkarlıq nümayiş etdiriblər.

Seçilən
8
27
azerbaijan-news.az

10Mənbələr