AZ

Rusiyada qeyri qanuni miqrantların statuslarını leqallaşdırmaq müddəti başa çatıb

Apa.az saytına istinadən ain.az xəbər verir.

Bu gün Rusiya Federasiyasında qeyri-qanuni miqrantların statuslarını leqallaşdırmaq üçün verilən müddət başa çatıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, sentyabrın 11-dən statuslarını leqallaşdırmayan əcnəbilər deportasiya ediləcək və gələcəkdə onların Rusiya ərazisinə daxil olması məhdudlaşdırılacaq.

Qanunsuz miqrantlar haqqında məlumatlar nəzarət edilən şəxslərin reyestrinə daxil ediləcək.

Qeyd edək ki, bu ilin aprel ayında prezident Vladimir Putin qeyri-qanuni miqrantların hüquqi statuslarını tənzimləmək imkanının sentyabrın 10-dək uzadılması haqqında fərman imzalayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
6
apa.az

7Mənbələr