iOS 26, iPadOS 26, watchOS 26 və macOS 26 əməliyyat sistemləri 15 sentyabr 2025-ci ildən etibarən istifadəçilərə təqdim olunacaq.
Milli.Az xəbər verir ki, bu barədə Apple şirkəti rəsmi olaraq elan edib.
Yenilənmələrin çıxış tarixi yeni iPhone, Apple Watch və AirPods Pro təqdimatı ilə eyni gündə açıqlanıb.
Yeni dizayn ilk dəfə 9 iyun 2025-ci ildə göstərilib. Əsas vizual dəyişiklik "Liquid Glass" effektidir - bunun sayəsində interfeys şəffaf elementlərlə zənginləşdirilib. Yenilənmiş dizayn kodu ikonlardan tutmuş düymələrə, panellərə, bildirişlərə, sürüşdürmə çubuqlarına, axtarış və ünvan sətirlərinə qədər sistemin bir çox hissəsinə tətbiq olunub.
- iOS 26: iPhone SE 2, iPhone 11 və daha yeni modellərdə əlçatan olacaq.
- watchOS 26: Apple Watch SE 2, Series 6, Ultra və daha sonrakı versiyalar üçün buraxılacaq (quraşdırmaq üçün iOS 26 işləyən iPhone tələb olunur).
- macOS 26 Tahoe: bütün hazırkı Mac kompüterlərinə təqdim ediləcək.
- iPadOS 26: bütün aktual iPad modellərinə şamil ediləcək.
İsmayıl
Milli.Az