AZ

Övladlarını öldürüb, 4 il çamadanda gizlətdi - Səbəbi isə... (FOTO)

Yeni Zelandiyada qan donduran hadisə baş verib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hərraca çıxarılacaq çamadanda iki azyaşlıya məxsus meyit aşkarlanıb. 4 il əvvəl öldüyü müəyyən edilən  meyitlər Yuna və Minoya məxsusdur. 

Belə ki, uşaqlar doğma anaları tərəfindən öldürülüblər.  Polis qısa zamanda qadını saxlayıb. O, məhkəmə qarşısına çıxarılıb və qətli etiraf edib.  Məlum olub ki, Hakyunq Li ərini itirdikdən sonra intihar etmək qərarına gəlib, o uşaqlara yüksək dozada antidepresan verib: 

"Həyat yoldaşım xərçəngdən vəfat edəndə intihar etmək üçün uşaqlara da həblər verdim. Mənim dozam az olduğu üçün ölmədim. Mən özümə gələndə uşaqlar çoxdan ölmüşdülər. Qorxumdan meyitləri gizlətdim",- deyərək özünü müdafiə edib.

Məlum olub ki, Li uşaqlarının ölümündən sonra ərinin sığorta pulu ilə plastik əməliyyat etdirib və dəbdəbəli həyat sürüb.

 Məhkəmə prosesi davam edir.

Seymur Əli 

Seçilən
15
unikal.az

1Mənbələr