AZ

Ramilə Abdullayeva: Su ehtiyatlarının qorunması istiqamətində görüləcək işlər çoxdur

BAKI, 10 sentyabr. TELEQRAF

Su ehtiyatlarının qorunması, çirklənmədən mühafizəsi və səmərəli istifadəsi istiqamətində görüləcək işlər çoxdur.

Bunu Teleqraf-a açıqlamasında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətində baş məsləhətçi, müfəttiş Ramilə Abdullayeva 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında deyib.

O bildirib ki, iqlim dəyişiklikləri fonunda su qıtlığı ola bilər, buna görə sudan istifadə və suyun mühafizəsi önəmlidir.

"Bu istiqamətdə gördüyümüz və görəcəyimiz işlərlə bağlı hər il bu sərgidə iştirak edəcəyik və öz töhfəmizi verəcəyik. Suların İstifadəsinə Dövlət Nəzarəti Xidməti 2024-cü ildə yaradıldığından bu sərgidə ilk dəfə iştirak edirik. Hazırda sudan istifadə və mühafizə istiqamətində həm istehsalat müəssisələri tərəfindən, həm də əhali tərəfindən görülməli olan işlər haqqında təqdimatlarımız mövcuddur", - o əlavə edib.

Seçilən
5
teleqraf.com

1Mənbələr