AZ

MİT-dən GİZLİ ƏMƏLİYYAT: Dohada HƏMAS rəhbərliyi İsrail hücumundan BELƏ XİLAS EDİLDİ

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Qətərdə danışıqlarda iştirak edən HƏMAS nümayəndə heyətinə qarşı İsrailin hücum planı barədə öncədən xəbərdarlıq edib. Bu sayədə hərəkatın bir çox yüksək rütbəli üzvlərinin həlak olmasının qarşısı alınıb.

Musavat.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti hərəkatın nümayəndələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri son 24 saat ərzində Tunis sahillərində humanitar donanmaya, Suriyanın Latakiya və Tartus şəhərlərinə, eləcə də Livandakı bir sıra hədəflərə zərbələr endirib.

Növbəti hücum planı isə Dohada ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlarda iştirak edən HƏMAS nümayəndələrinə yönəlib.

MİT-in xəbərdarlığından sonra Qətərdə təhlükəsizlik tədbirləri gücləndirilib.

Lakin bütün səylərə baxmayaraq, hərəkatın bir neçə üzvü, o cümlədən HƏMAS liderlərindən birinin Qəzzadakı ofisinin rəhbəri Cihad Labed İsrailin hücumları nəticəsində öldürülüb.

Musavat.com

Seçilən
24
4
musavat.com

5Mənbələr