AZ

Asif Əsgərov şəhid ailəsini ziyarət edib, vətəndaşlarla görüşdü -Fotolar

Milli Məclisin deputatı Asif Əsgərov Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan İsmayıl Səmədovun və şəhid Xanməmmədov Hüseyn Mayis oğlunun ailələrini ziyarət edib. Görüşlər zamanı millət vəkili şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, ailə üzvlərinin qayğı və problemləri ilə maraqlanıb, onların qaldırdıqları məsələləri diqqətlə dinləyib.

Daha sonra deputat Gözbarax kəndində vətəndaş qəbulu keçirib. Qəbul zamanı sakinlərin müxtəlif müraciətləri dinlənilib. Əsasən kəndin qazlaşma, içməli su təminatı və yol problemləri ilə bağlı məsələlər qaldırılıb. Millət vəkili tərəfindən həlli mümkün olan müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin aradan qaldırılması üçün isə aidiyyəti qurumlara müvafiq yönləndirilməsi təmin olunub.

Asif Əsgərov bildirib ki, vətəndaşların müraciətlərinin operativ şəkildə həlli daim diqqət mərkəzində saxlanılır və onların problemlərinin həll olunması istiqamətində bütün zəruri addımlar atılacaq.

Şəhid ailələri və vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Onlar ölkədə mövcud sabitlik və davamlı inkişafın təmin olunmasına görə dövlət rəhbərliyinə təşəkkürlərini çatdırıblar.

Seçilən
33
4
sabahinfo.az

5Mənbələr