AZ

Belqorodda hökumət binası VURULDU – Şəhərdə panika, ticarət mərkəzləri bağlandı

Rusiya Federasiyasının Belqorod vilayət hökumətinin binası Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb.

Musavat.com xəbər verir ki, bu barədə bölgə qubernatoru Vyaçeslav Qladkov məlumat yayıb.

Onun sözlərinə görə, hücum nəticəsində xəsarət alan olmayıb:

“Belqorod hazırda PUA zərbələri altındadır. İlkin məlumata görə, hökumət binasının fasadı və şüşələnməsi zədələnib. Bundan başqa, vurulan dronun qalıqlarının düşməsi nəticəsində bir fərdi yaşayış evində yanğın baş verib, alov yanğınsöndürənlər tərəfindən lokallaşdırılıb”.

Qladkov əlavə edib ki, təhlükəsizlik məqsədilə bölgədə iri ticarət mərkəzlərinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Musavat.com

Seçilən
45
1
musavat.com

2Mənbələr