AZ

Sadə vətəndaş niyə monopoliyanın qurbanı olmalıdır? » AzadMedia.az


Taksilər, sıravi sakinlər və şəhərimizə gələn qonaqlar üçün ən əlçatan və rahat nəqliyyat vasitəsidir. İyul ayında aeroportdan Rəsulzadə qəsəbəsinə sərin, təmiz avtomobillə yalnız 6 manata getmək mümkün oldu. Bəs bu xidmət keyfiyyətini və münasib qiymətini arzulayan vətəndaşı niyə inhisara qurban getməyə məcbur edirlər?

2024-cü ildən qüvvəyə minən yeni tələblər (Euro-5 ekoloji standartı, avtomobil yaşı maksimum 8 il, lisenziyalar, taksimetrlər, kameralar) nəticəsində taksi sayı azaldı və qiymətlər artdı.

İyul 2024-də qiymətlərin 15%-ə qədər artdığı rəsmi təsdiqləndi.

Əvvəllər 3–4 manata getdiyiniz qısa məsafə indi 8–9 manata qalxıb.

Xidmət Keyfiyyətinin Pisləşməsi ayrı problemdir.

Qiymət artımı ilə yanaşı, xidmət də bərbad vəziyyətə düşüb:

Müştərilərə göndərilən avtomobil ilə gələn avtomobil çox vaxt fərqli olur.

Təmizlik standartları çox hallarda qorunmur, sərinləşdirici sistem işləmir.

Sürücülərin davranış mədəniyyəti zəifləyib, şikayətlərin sayı artır.

Ən önəmlisi — xidmət bahalaşsa da, vətəndaş ödədiyi məbləğin qarşılığında daha yaxşı yox, daha pis xidmət alır.


Sərnişinlərin gündəlik şikayətləri səbgimir.

Vətəndaşların ən çox rastlaşdığı problemlər bunlardır:

Uzun gözləmə vaxtı – sifariş edilən maşın bəzən 20–30 dəqiqədən tez gəlmir.

Sifarişlərin ləğvi – sürücülər daha sərfəli sifariş üçün mövcud sifarişi tez-tez ləğv edirlər.

Ünvan bilməməzliyi – çox sürücülər şəhəri yaxşı tanımır, GPS-dən asılıdır, nəticədə sərnişin əlavə vaxt və pul itirir.

Nəzarətsiz davranış – bəzi sürücülər telefondan istifadə edir, təhlükəsizlik qaydalarını pozur.

Süni “pul qazanma” üsulları – sifarişə qəsdən uzaqdan yaxınlaşmaq, əlavə vaxt hesablatmaq və yaxud məqsədli şəkildə uzun yol seçmək.


Beləliklə, xidmət həm bahalaşıb, həm də zəifləyib. Bu isə açıq-aşkar inhisar niyyətinin nəticəsidir.


Süni qiymət artımı vətəndaşı daha çox ödəməyə məcbur edir. Keyfiyyətin azalması müştəri məmnuniyyətini sıradan çıxarır.
Kiçik sahibkarların sıxışdırılması rəqabəti öldürür. İqtisadi sabitsizlik dövlətin ümumi inkişafına mənfi təsir edir.

Dövlət orqanları, məsuliyyətdən qaçmayın!

Rəqabət Məcəlləsi qəbul edildi, amma real nəticələr gözə dəymir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən gözləntilərimiz böyükdür:
Sadə vətəndaşı inhisarın əsarətindən qoruyun, qiymət və keyfiyyət balansını təmin edin, rəqabəti mühiti yaradın.

Sağlam rəqabət – qalib dövlətin qalib vətəndaşı üçün

Azərbaycan qalib dövlətdir, vətəndaşı da qalib xalqın nümayəndəsidir. Bu vətəndaş rəqabət mühitindən faydalanmalı, seçim imkanı olmalı, keyfiyyətli xidmət almalıdır. Dövlətin vəzifəsi vətəndaşı inhisarın əsarətindən xilas etməkdir.

Odur ki, səsimizi ucaldırıq:
Rədd olsun inhisar!
Yaşasın rəqabət!

Seçilən
38
1
azadmedia.az

2Mənbələr