AZ

Bulvara yeni attraksionlar quraşdırılır

Paytaxta yeni attraksionlar gətirilib.

Far.Az xəbər verir ki, şəhər sakinləri və paytaxta gələn qonaqlar yaxın günlərdə yeni əyləncə məkanından istifadə edə biləcəklər.

Dənizkənarı Bulvar İdarəsindən Far.Az-ə bildirilib ki, bir müddətdir Dənizkənarı Bulvar İdarəsi tərəfindən Milli Park ərazisində attraksionların bərpası istiqamətində işlər aparılırdı. Artıq ərazidə yeni attraksionların quraşdırılması işləri yekunlaşmaq üzrədir.

Hazırlıq prossesinin Formula 1 yarışlarından sonra tamamlanaraq attraksionların istifadəyə verilməsi nəzərdə tutulur. Yeni əyləncə qurğuları müasir tələblərə uyğun və tam yeni tərtibatdadır.

Şahanə Xankişiyeva

Seçilən
39
3
far.az

3Mənbələr