AZ

Ağdamda məktəbli qıza cinsi zorakılıqda şübhəli bilinən şəxslər saxlanılıb

Ağdamda
Ağdamda 16 yaşlı məktəbli qızın bir qrup şəxs tərəfindən zorakılığa məruz qaldığı iddia olunur. 1news.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Yüzbaşılı kəndində qeydə alınıb.
Sözügedən faktla bağlı zərərçəkən yeniyetmə ailəsinə məlumat verib. Ailəsi isə yerli hüquq-mühafizə orqanlarına məlumat verib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, Ağdamda 2009-cu il təvəllüdlü qızın cinsi zorakılığa məruz qalması ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən 4 nəfər rayon sakini saxlanılaraq istintaqa təqdim olunub.

Faktla bağlı müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.

Seçilən
29
41
1news.az

10Mənbələr