AZ

Haalanddan son 48 ilin ən yaxşı perfomansı

Norveç yığmasının hücumçusu Erlinq Haaland DÇ-2026-nın seçmə mərhələsində Moldova ilə oyunda (11:1) möhtəşəm çıxışı ilə yadda qalıb.

Publika.az xəbər verir ki, “Mançester Siti”nin forvardı matçda beş qol vurub, iki məhsuldar ötürmə verib. Bu nəticədən sonra Holandın milli komanda karyerasında vurduğu qolların sayı 45 oyunda 48-ə çatıb.

ESPN-in məlumatına görə, dünya çempionatının Avropa seçməsində sonuncu dəfə beş və ya daha çox qol 1977-ci ildə qeydə alınıb. Həmin vaxt Hans Krankl Avstriya yığmasının heyətində Malta ilə görüşdə altı dəfə fərqlənmişdi.

Seçilən
32
publika.az

1Mənbələr