AZ

Bir ayda 1 856 əcnəbi Azərbaycanda müvəqqəti yaşamaq üçün müraciət edib


Ötən ay 1 856 əcnəbi Azərbaycanda müvəqqəti yaşamaq üçün Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət edib. Bu barədə DMX-dən məlumat verilib. Qurumun açıqlamasında deyilir ki, avqust ayında quruma 6 363 müraciət daxil olub: "Onlardan 1 856-sı müvəqqəti yaşama icazəsi, 111-i müvəqqəti olma müddətinin uzadılması, 523-ü vətəndaşlıq məsələləri, 838-i olduğu yer üzrə qeydiyyat, 415-i daimi yaşama icazəsi, 661-i iş icazəsi, 320-si inzibati xəta, 1639-u isə digər məsələlərlə bağlı olub".

Mətləb Salahov

Seçilən
2
6
baki-xeber.com

7Mənbələr