Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin (AQEM) Nizamnaməsi gələn il Bakıda imzalanacaq.
Bu barədə AQEM-in baş katibi Kayrat Sarıbay Bakıda keçirilən AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasında bildirib.
O, AQEM-in vahid Nizamnaməsi üzərində işin hələ Qazaxıstanın sədrliyi dövründə başlandığını, Katibliyin digər beynəlxalq təşkilatların nizamnamələrinin müqayisəli təhlilini apardığını xatırladıb.
"Cebheinfo.az"